“Kulturologiya elminin əsas anlayışları”

“Kulturologiya elminin əsas anlayışları”

Yeni Azərbaycan Partiyası Gənclər birliyi mütəmadi olaraq gənclər üçün müxtəlif layihələr həyata keçirir. Bu layihələr gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Gənclərimizin tam müxtəlif istiqamətlərdə biliklərinin artırılması məqsədi ilə YAP Gənclər Birliyi Ofisində mühazirə və seminar saatları keçirilməyə başlanılmışdır.

Gənclər üçün ilk mühazirə "Kulturologiya elminin əsas anlayışları" mövzusunda olmuşdur. Mühazirə Azərbaycanda Kulturologiya elminin yaradıcısı olan, professor Fuad Məmmədov tərəfindən oxunmuşdur.

Mühazirəni giriş sözü ilə YAP Gənclər birliyinin sədri Seymur Orucov açmış, gəncləri YAP Gənclər Birliyinin yeni layihələri ilə bağlı məlumatlandırmışdır. Qonağı gənclərə təqdim edən sədr, bu gün oxunacaq mühazirənin çox mühüm mövzuda olacağından bəhs etmişdir.

Mühazirədə əsasən kulturologiyanın bir elm kimi formalaşması, əsas anlayışları, müasir cəmiyyətimizdə kulturoloji məqamlar, insanın cəmiyyətdə kamil şəxsiyyət kimi formalaşmasında rol oynayan əsas amillər və digər vacib məsələlərdən söhbət açılmışdır. Mədəniyyətin dünya düzənində göstərdiyi təsirlərdən danışan professor Fuad Məmmədov sonda gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə