"Paytaxtda 2016-cı ilədək Xətai - Həzi Aslanov - Köhnə Günəşli - Təzə Günəşli xətti istifadəyə veriləcək. Köçürmələrin tez aparılacağı, işlərin sürətli gedəcəyi təqdirdə, bu stansiyaların tikintisi 2016-cı ilədək yekunlaşacaq". SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov belə deyib.
Metropoliten rəisi qeyd edib ki, hazırda əsas işlərdən biri "Həzi Aslanov" stansiyasından Köhnə Günəşli və Yeni Günəşliyə xətlərin salınmasıdır: ""Papanin" adlanan ərazidə stansiya tikiləcək, artıq yer verilib, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında da artıq yer verilib, orada da stansiya tikiləcək. Heydər Əliyev Sarayının arxasında stansiya tikilməsi üçün yer ayrılıb - o stansiyadan birbaşa Qış bulvarına keçid olacaq. Yeraltı keçid yerüstü parka paralellik təşkil edəcək. Sonra Beynəlxalq Dəniz Limanına, oradan Keşləyə, oradan isə Suraxanı dairəsinədək metro xətti çəkiləcək".
Tağı Əhmədovun sözlərinə görə, artıq yeni stansiyalar 140 metrlik, yəni 7 vaqonluq olacaq, tunellər isə 5,5 metr deyil, 6 metrlik olacaq: "Önəmli işlərdən biri də bunların hamısını - 19 km yol və 73 stansiyanın inşasını 2030-cu ilədək başa çatdırmaqdır. Bu, qarşıya qoyulan öhdəlikdir və yerinə yetiriləcək".
Mıtişi zavodundan gətirilən qatarın mayın 26-na kimi istismarının davam etdiriləcəyini deyən Metropoliten rəisi: "Maşinistlər öyrənir. Biz öz kadrlarımızı göndərmirik. Maşinistlər öyrəniblər. Avtovağzal - Memar Əcəmi 2 stansiyası təhvil veriləndə həmin vaqonlardan istifadə olunacaq. Yeni vaqonlar kondisionerlə təchiz olunub, daha genişdir, paslanmayan materiallardan hazırlanıb və müasir 4-cü nəsil vaqonlardır. Gələn il ən azı 15 vaqon işləyəcək. Stansiyalar təhvil verildikcə vaqonların sayı da artcaq. Təzə vaqonlar elektrik enerjisinə qənaət edir"-deyə əlavə edib.
Tağı Əhmədov onu da qeyd edib ki, Sumqayıtda və Heydər Əliyev Beynəlxalq Hava Limanına metronun tikintisi nəzərdə tutulmur: "Prezidentin tapşırığı ilə Bakı şəhəri daxilində tıxacların qarşısını almaq üçün tez bir zamanda metrostansiyaların sayı artırılmalıdır. Stansiyaların layihələndirilməsində hər 900 metrdən metrostansiyanın olması nəzərdə tutulub. Bakı şəhərində olanlar hər bir yerdə metro ilə qarşılaşacaqlar. İkimərtəbəli metro da olacaq, bir-birinin altından keçən tunellər də olacaq. Bu işlərin hamısı 2030-cu ilədək başa çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB