Qənirə Paşayeva türk media qurumlarının təmsilçiləri ilə görüşüb

Qənirə Paşayeva türk media qurumlarının təmsilçiləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyənin tanınmış mətbuat və media qurumlarının təmsilçiləri ilə görüşüb. SİA-nın məlumatına görə, muillət vəkili Türkiyənin "Hürriyyet", "Habertürk", "Sabah", "Bugün", "Akşam", "Zaman", "Sözçü" kimi tanınmış media və mətbuat qurumlarının təmsilçilərini Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib.

Millət vəkili deyib ki, "bir millət iki dövlət "olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin getdikcə daha da inkişaf edir. Bununla yanaşı, Qənirə Paşayeva media nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımılar barədə ətraflı məlumat verib: "Ermənistan 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan vermir. BMT Təhlükəsizlik Şurasının 4 məlum, Avropa Şurası Parlament Assambleyasının 14/16 saylı qətnaməsinə rəğmən, Ermənistan ötən illər ərzində öz işğalçılıq siyasətindən bir addım belə geri çəkilməyib. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı bu işğal faktı ilə heç zaman barışmayıb, barışmır və bundan sonra da barışmayacaq".

Qənirə Paşayeva Azərbaycanın sülh tərəfdarı olduğunu, münaqişənin danışıqlar yolu ilə ədalətli həlli üçün bütün vasitələrdən istifadə etdiyini dilə gətirib: "Ancaq Azərbaycan prezidentinin də dediyi kimi, sülh danışıqları bir nəticə verməsə, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək".

Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Türkiyənin media nümayəndələri Azərbaycana səfər etməkdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə