YAP Quba rayon təşkilatında Ümummilli Lider anılıb

YAP Quba rayon təşkilatında Ümummilli Lider anılıb

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Müəllimlər institutu Quba filialı ilk partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Təşkilatdan SİA-ya verilən məlumata görə, konfransda YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, Müəllimlər institunun rektoru Əli Allahverdiyev, rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli və başqaları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ədalət Nəbiyev çıxış edərək bildirib ki, 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qalxmasından, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasət haqqında tələbələrə məlumat verib. O, bütün tələbələrə bir vətəndaş kimi ölkədə gedən ictimai-siyasi proseslərə həssas yanaşaraq dövlətçilik maraqlarını hər şeydən üstün tutmalarını tövsiyə edib: "Tarixdə şəxsiyyətlər çox yaranıb, Heydər Əliyev həm tarixdə yazılan, həm də tarix yazan nadir şəxsiyyətlərdən biridir. Onun keçdiyi şərəfli həyat yolunun hər qarışı, yaşadığı mənalı ömrünün hər anı bir tarixdir. O yolun hər addımında Azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərimiz, zəngin mədəni irsimiz, azad yaşamaq haqqımız, xoşbəxt gələcəyimiz, tarixi keçmişimiz öz əksini tapır. Biz o yolu addımladıqca həmin anların xoş təəssüratlarını yaşayırıq. "Heydər Əliyev - Azərbaycan, Azərbaycan - Heydər Əliyev birliyi əbədidir" - deyimi təsadüfən yaranmayıb. Nə qədər ki dünya var, müstəqil Azərbaycan və Azərbaycanla birgə Heydər Əliyev də yaşayacaq. Çünki dünyanın kiçik bir parçası olan Azərbaycanın dövlət müstəqilliyinin qorunması, inkişafı, xalqımızın firavan həyat sürməsi onun xidmətlərinin nəticəsidir. Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun haqqında illərlə danışmaq olar. Ulu Öndərin adı ilə başlayan mövzulara nöqtə qoymaq olmur. O, bu dünyadan əbədiyyətə, haqq dünyasına və xalqımızın qəlbinə köçdü. Onun adı tariximizdə əbədi qalacaq, Azərbaycanla qoşa səslənəcək".

Təşkilat sədri qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilikdə rəhbər tutduğu siyasəti Ümummilli Liderin siyasi məktəbinin varisi, Cənab Prezident İlham Əliyev uğurla davam etdirir: "Azərbaycan xalqı milli birliyimizi qoruyaraq prezidentin ətrafında sıx birləşib və bütün problemlərdə ona dəstək olaraq Ümummilli Liderin qurduğu Azərbaycan dövlətini yaşatmağa, torpaqlarımızın bütövlüyünün bərpa etməyə hazırdır".

Daha sonra çıxış edən tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin keçdiyi keşməkeşli həyat yolu barədə tələbələrə geniş məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə