Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində Ulu Öndər anılıb

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində Ulu Öndər anılıb

Bu gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində elmi-praktiki Konfrans keçirilib. SİA-nın məlumatın görə, tədbirdə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, millət vəkili İlham Məmmədov, Həmkarlar ittifaqının Bakı I şöbəsinin sədri Bəylər Qurbanov, Həmkarlar ittifaqının Bakı II şöbəsinin sədri Eldar Qasımov, "Teleradion" İstehsalat Birliyinin Həmkarlar Təşkilatının sədri Əliverdi Əliyev, Bakı Telefon İstehsalat Birliyinin Həmkarlar Təşkilatlarının sədri İsrafil Bəkirov, Həmkarlar Təşkilatlarının üzvləri və media nümayəndələri iştirak edib.

Konfransda çıxış edən komitə sədri Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. Sədr qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkə dağınıq vəziyyətdə idisə və gənclər təhsil almaq əvəzinə meydanlarda toplaşırdılarsa, artıq Ulu Öndərin hakimiyyətinin ilk illərində onun rəhbərliyilə ölkədə olan hərc-mərclik, özbaşnalıq aradan qalxdı, ölkə daxilində siyasi sabitlik, iqtisadi tərəqqi özünü göstərməyə başladı: "Ölkə Liderinin uğurlu siyasətinin nəticəsində bu gün artıq Azərbaycan dünyada tanınan, iqtisadi və siyasi yüksəlişinə görə fərqlənən ölkələrdən birinə çevrilib. Dünya iqtisadiyyatını araşdıran reytinq qurumları da Azərbaycan iqtisadiyyatının, ölkəyə qoyulan investisiyaların günü-gündən artdığını qeyd edir. Bu uğurların hər biri Ümummilli Liderin və onun davamçısı prezident İlham Əliyevin atdığı addımların nəticəsidir".

Ümummilli lider məfhumunun Azərbaycan xalqının qəlbində yer tutmuş şərəfli bir ad olduğunu qeyd edən deputat İlham Məmmədov bildirib ki, şərəfli və mənalı həyat yolu keçən Ulu Öndərin tək bir amalı Azərbaycan dövlətini qurmaq, onu inkişaf etdirmək, dünya arenasına çıxarmaq olub: "Fenomen şəxsiyyət Heydər Əliyevin atdığı hər bir addım Azərbaycanın müstəqilliyinin əbədi olmasına yönəldilib. Ulu Öndər qısa zamanda taleyüklü məsələləri həll edərək ölkəni arzuolunan vəziyyətə gətirib. Hər bir Azərbaycan vətəndaşının borcu tarixi keçmişə, yüksək mədəniyyətə malik olan bu irsi daşımaq, onu qorumaqdır".

Daha sonra konfransın digər iştirakçıları da çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevin ölkənin hər bir sahəsinə olduğu kimi, Rabitə və Poçt Daşınması sahəsinə də xüsusi diqqət ayırdığını bildiriblər. Qeyd olunub ki, 2013-cü ilin İKT ili elan olunması Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyevin bu sahəyə göstərdiyi marağın və qayğının nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə