DSMF-da Ümummilli liderin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

DSMF-da Ümummilli liderin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədirdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Bakı Metropoliteninin rəisi, YAP-ın Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov, Nəqliyyat naziri Ziya Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti üçün gördüyü misilsiz xidmətlərdən danışıblar. Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə, milli mənsubiyyəti ilə fəxr edib, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşadıb. Bu arzular Ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərib.

Tədbirdə həmçinin qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, tədbirin sonunda Heydər Əliyev "Müstəqil Azərbaycan dövlətinin banisidir" mövzunda gənclər arasında elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə