Nuşirəvan Məhərrəmli: “Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq”
"Telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ciddi nöqsanlar mövcuddur". Bunu jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, uzun müddətdir milli-mənəvi dəyərlərin televiziyalarda qorunması ilə bağlı da məsələlər ortaya çıxıb və müzakirələr aparılır: "Televiziya kanallarında bu istiqamətdə ciddi nöqsanlar mövcuddur. Bunları aradan qaldırmaq üçün müzakirələr aparılır. Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması bizim əsas məsələlərimizdən biridir. Efirə çıxan aparıcılar Azərbaycan dilini səlis, aydın bilməlidir. Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq. Bu problemlər radiolarda da mövcuddur. Artıq qərarlarımız radiolara da şamil olunacaq".
Şura sədri bundan başqa bildirib ki, televiziyalarda yaradılacaq bədii şuraların yalnız dil, yaxud ümumi milli-mənəvi dəyərlərlə bağlı olması hazırda müzakirə edilən məsələlərdəndir: "Artıq televiziya və radio kanallarında ədəbi dilin qorunması məqsədilə prezidentin imzaladığı sənədin icrası ilə bağlı tədbirlərə start verilib. Sabah keçiriləcək yığıncaqda bununla bağlı müzakirələr aparılacaq. Təbii ki, bədii şuralar yaradılarkən bunun ən optimal variantını seçməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB