“Gözəl danışaq” natiqlik təlimi

“Gözəl danışaq” natiqlik təlimi

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) mütəmadi olaraq gənclər üçün müxtəlif layihələr həyata keçirir. Bu layihələr gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. SİA-nın məlumatına görə, YAP Gənclər Birliyi belə layihələrin daha birini reallaşdırıb. Gənclər Birliyi öz tərkibində fəaliyyət göstərən aktiv gənclərin natiqlik sənətinə daha dərindən yiyələnməsi üçün "Gözəl danışaq" adlı təlim təşkil edib.

Təlim kursunu giriş sözü ilə açan YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan kursun məqsəd və məramı ilə bağlı iştirakçıları məlumatlandırıb. Daha sonra təlimçi Şəmsi Bayramzadənin aparıcılığı ilə kurs öz işinə başlayıb və 2 gün davam edib. Təlimlərdə natiqlik sənətinin incəlikləri, auditoriya ilə işləmək vərdişləri, nitqin qurulması, jest və mimikalardan istifadə məsələləri ilə bağlı gənclərə ətraflı məlumat verilib. Onlarla praktik tapşırıqlar yerinə yetirilib.

Gənclərin bu tipli təlimlərə olan marağını nəzərə alaraq YAP Gənclər Birliyi tam müxtəlif istiqamətlərdə davamlı təlimlər təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə