Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Yardımlı rayonunda qanvermə aksiyası baş tutub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qanvermə aksiyasına səhər saatlarından start verilib. Yardımlı rayon mərkəzi xəstəxanasının qanköçürmə şöbəsində təşkil edilən aksiyada sakinlər həvəslə iştirak ediblər. Öncə qanvermə kampaniyasında iştirak edən donorların sağlamlıq durumu yoxlanılaraq qan qrupları müəyyən edilib.
Toplanan qan nümünələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil verilib.Toplanan qandan talasemiyalı,hemofiliyalı, eləcə də xroniki böyrək çatışmamazlığından əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, aksiyada 200-dən artıq rayon sakini iştirak edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB