Nizami rayonunda Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mini-futbol turniri keçirilib
Mayın 1-də Bakının Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş rayon məktəbləri arasında mini-futbol turniri keçirilib.
Mərasimdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti, millət vəkili Rövnəq Abdullayev, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak ediblər.
Mərasimdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, həmişə idmançıların dostu olmuş ulu öndərin bu xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda idman bütün sahələrində çiçəklənmə dövrü başlayıb.
Sonra oyunlar keçirilib.
Qeyd edək ki, rayon məktəblərinin 20-yə yaxın komandasının mübarizə apardığı turnirin finalında 214 nömrəli orta məktəbi ilə 210 nömrəli məktəbinin komandaları qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunda 214 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Beləliklə, turnirdə 214 nömrəli tam orta məktəbin komandası 1-ci, 210 nömrəli tam orta məktəb komandası 2-ci yer, 32 nömrəli tam orta məktəbin komandası isə 3-cü yeri tutublar.
Təşkilatçılar tərəfindən qalib komandaya kubok və diplom, 2-ci və 3-cü yerə çıxan komandalara isə fəxri fərman və xatirə hədiyyələri verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB