Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub regional bölməsi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev İdarəçilik Universitetində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə rayonun fəal gəncləri, dini icmaların üzvləri və digər şəxslər qatılıblar.
İlk əvvəl Ulu Öndərin ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Dəyirmi masanı giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsində nümayəndəsi Qağayı Məmmədov açaraq Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində gənclərin potensialını həmişə yüksək qiymətləndirdiyini, Azərbaycan gənclərinə həmişə güvənib onlara böyük etimad göstərdiyini və bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Dəyirmi masada tarixçi Aqil Rəhimovun , Ləj kənd məscidi dini icmasının üzvü, AMEA-nın dissertantı, axund Samid Quliyevin, Təfəkkür Universitetinin tələbəsi Aygün Əliyevanın, Şağlakücə kənd ərazi icra nümayəndəliyinin məsul işçisi Məmməd Muradovun, Lənkəran Dövlət Universitetinin tələbəsi Uğur Qurbanzadənin çıxışları dinlənilib.
Tədbiri Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli yekunlaşdıraraq Ulu Öndərin dövlət gənclər siyasətindən danışıb, hazırda bu sahədə qazanılan uğurlardan və gənclərin qarşısına duran mühüm vəzifələrdən bəhs edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB