Tərtərdə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə tibb sahəsinin inkişafını hər zaman diqqət mərkəzidə saxlayıb. Bu gündə elmi-tibbi potensialının gücləndirilməsi, Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Bu fikirlər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Tərtər rayonunda tibb işçilərinin iştirakıyla keçirilən tədbirdə səsləndirilib.
Çıxış edənlər Ulu Öndərin səhiyyə quruculuğu sahəsində gördüyü işlərdən, o cümlədən köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi, ən müasir aparatlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından danışıblar.
Tədbirdə həmçinin qeyd olunub ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən rayonlarda da yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı diqqət mərkəzindədir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB