MTRŞ sədri: "Gözləntilərimiz özünü doğrultmadı"

MTRŞ sədri: "Gözləntilərimiz özünü doğrultmadı"

"Hazırda milli serialların çəkilişi üçün ayrılan 6 milyon manatın necə bölünməsi ilə bağlı araşdırma aparılır. Mayın 3-də telekanal rəhbərləri ilə bu istiqamətdə müzakirələr aparılacaq. Bir həftə sonra bu istiqamətdə ölkədə fəaliyyət göstərən prodakşnların rəhbərləri ilə müzakirələr təşkil ediləcək". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

"Bundan əvvəl serial çəkilişləri üçün ayrılan 5 milyon maliyyə vəsaiti artıq çoxdan xərclənib. Düzdür, Azərbaycanda serial çəkilişləri üçün müəyyən hazırlıq işləri görüldü, amma bütövlükdə gözləntilərimiz özünü doğrultmadı. İstəyirik ki, bu dəfə telekanallar və prodakşnlar bundan nəticə çıxarsınlar və daha keyfiyyətli serial çəkilişlərinə nail olsunlar", - deyə MTRŞ sədri fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə