Cəbhə bölgəsində hər an düşmən gülləsinə tuş gələ biləcək sakinlərin həyatını xilas etmək üçün qanvermə aksiyası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, aksiyanın bu dəfəki iştirakçıları cəbhə rayonunda çalışan tibb işçiləri olub.
Tibb işçilərindən toplanan qan Bərdə rayonunda yerləşən Qan Bankında saxlanılacaq. Bir çox xəstəliklərin müalicəsində, eləcə də cəbhəyanı kənd sakinlərinin düşmən gülləsinə tuş gəldiyi zaman, onların həyatını xilas edilməsində istifadə olunacaq.
Qeyd edək ki, aksiyada 100 dən çox tibb işcisi könüllü iştirak edib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB