“Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısıdır” FOTOLAR
Lənkəran Dövlət Hümanitar Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə kollecin direktoru Şaban Şəfiyev açaraq bildirib ki, Azərbaycan xalqının dahi oğlu və xilaskarı, dövlət xadimi və milli lideri və xalqın əbədi məhəbbətini qazanıb. Xalqımızın tarixində, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq qeyri-mümkündür. Bu mənada o,azərbaycançılıq məfkurəsini bərqarar etməklə xalqımızın qəlbində özünə əbədi məhəbbət qazanan dahi öndər və böyük Azərbaycanlı olub.
Konfransda kollecin tarix müəllimi Qətilə Şükürova "Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısıdır"mövzusunda baş məruzə ilə çıxış edib. Daha sonra kollecin tarix müəllimi Əbdül Hüseynov "H.Əliyev və Lənkəran", Səidə Məmmədova "H.Əliyev və Azərbaycan təhsili", kollecin TGT-nın sədri Nuranə Əliyeva "Bənzərsiz tarixi şəxsiyyət", IV kurs tələbəsi Rufanə Hacızadənin "H.Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxışları dinlənilib. Bildirilib ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, müdrik siyasi xadim, gənclərimizin böyük qayğıkeşi, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan dahi insan kimi bu gün də yaddan çıxarmır və ürəkdən sevir.
Tədbirdə Lənkəran ŞİH başçısının müavini Vüsal Nəsirli çıxış edərək ümummilli Heydər Əliyevin Azərbaycan dövlətinin, o cümlədən milli təhsil sisteminə, gələcək nəsilə olan diqqət və qayğısından ətraflı danışıb, gəncləri Heydər Əliyev irsindən faydalanmağa çağırıb.
Konfransda ümummilli liderə həsr olunmuş film nümayiş olunub.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB