“Heydər Əliyev və türk dünyası” müsabiqəsinin qalibləri bəlli oldu YENİLƏNİB

“Heydər Əliyev və türk dünyası” müsabiqəsinin qalibləri bəlli oldu YENİLƏNİB

Bu gün "Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın KİV-ində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində həyata keçirilən "Heydər Əliyev və türk dünyası" müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Müsabiqə Azərbaycan mediasında türkdilli ölkə və toplumların həyatının işıqlandırılması vəziyyətini müəyyənləşdirmək məqsədilə keçirilib.

Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışaraq, belə mövzulara diqqətin yönəlməsini zəruri hesab edib.

Daha sonra mükafatlar müəlliflərinə təltif olunub. Təltif olunanlar arasında Səs İnformasiya Agentliyi də (SİA) olub.

Mükafatlandırma mərasimindən sonra çıxış edən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ölkənin və regionun inkişafındakı fəaliyyətinə görə Ulu Öndər Heydər Əliyevi türk dünyasının lideri adlandırıb: "Azərbaycan Heydər Əliyevin yolu ilə gedərək uğur qazanıb. Bu gün artıq Azərbaycan dünya ölkələrinin hesablaşdığı dövlətə çevrilib və burada Heydər Əliyevin əməyi danılmazdır".

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun isə çıxışında Mustafa Kemal Atatürklə Ulu Öndər Heydər Əliyevi dövlətin qurulmasında, ölkənin inkişafındakı fəaliyyətinə görə, müqayisə edib. O qeyd edib ki, gənc nəsil olaraq, bu liderlərimizin yolunu uğurla davam etdirməliyik. O, mükafat alan mətbuat nümayəndələrini təbrik edərək, türk dünyasının uğurlu inkişafı naminə birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Müzəffər Talıblı bildirib ki, Ulu Öndər Heydər Əliyev sovet zamanında belə Azərbaycanın türk dünyasındakı yeri və rolunu bilirdi. O, türk dünyasının inteqrasiyasında Ümummilli liderin fəaliyyətinin danılmaz olduğunu da söyləyib: "Heydər Əliyev türk dünyasının inteqrasiyası ilə bağlı əməli fəaliyyətə üstünlük verib. Heydər Əliyev ona qədərki deklorativ addımları konkret fəaliyyətlə əvəzləyə bildi. Bununla da türkdilli ölkələrlə əlaqələr genişləndi və inkişaf etdi".

Tədbirdə həmçinin Milli Məclisin deputatları Vahid Əliyev, Fəzail İbrahimli, Musa Qasımlı və digərləri də çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə