“Heydər Əliyev və türk dünyası” mövzusundakı müsabiqənin qaliblərinin adları açıqlanıb

“Heydər Əliyev və türk dünyası” mövzusundakı müsabiqənin qaliblərinin adları açıqlanıb

Azərbaycan Mətbuat Şurası və Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılğı ilə "Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılamsı yolları" mövzusundakı layihə çərçivəsində dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, iclasda bu ilin yanvarından başlanılmış layihə çərçivəsində keçirilmiş "Heydər Əliyev və türk dünyası" müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Tədbirdə Azərbaycan mediasında türkdilli ölkə və cəmiyyətin həyatının işıqlandırılması vəziyyətini müəyyənləşdirmək məqsədilə keçirilən monitorinqin fevral-aprel ayları üçün nəticələri açıqlanıb. Eyni zamanda mövzu ilə əlaqədar müzakirələr təşkil olunub.

Qeyd edək ki, tədbirdə kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai siyasi xadimlər, media nümayəndələri, türkdilli ölkələrin Azərbaycandakı səfirliklərin diplomatik missiya nümayəndələri iştirak edir.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə