Bu gün Dövlət İdarəçilik Akademiyasınada "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil olunan konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü münasibətilə baş tutub. Konfransı giriş sözü ilə açan DİA-nın I prorektoru, professor Əlikram Abdullayev Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki xidmətlərindən danışaraq bu gün də bu siyasətin zirvələrə çatdığını bildirib.
Çıxış edən Bakı Şəhər və Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, rəhbərlik etdiyi idarə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü münasibətilə təhsil müəssisələrində, hərbi hissələrdə tədbirlər keçirir. Tədbirlərin əhəmiyyətindən danışan R. Abbasov onu da bildirib ki, bu gün gənclər siyasəti sahəsində atılan addımlar günbəgün daha da dinamik xarakter alır. O, Azərbaycanın zəngin dövlətçilik tarixi haqqında da konfrans iştirakçılarına maraqlı faktlar deyib.
Tələbələrin, ziyalıların, ictimai-siyasi xadimlərin iştirak etdiyi konfrans bir sıra özəllikləri ilə yadda qalıb. Belə ki, fərqlənən tələbələrə və müəllimlərə qiymətli hədiyyələr də təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB