Kənd yerlərində içməli su idarəetmə modeli qurulub

Kənd yerlərində içməli su idarəetmə modeli qurulub

Böyük Britaniyanın Oksfam beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi 2009- 2013-cü illərdə həyata keçirilən "İctimai xidmətlərin (təmiz su təchizatı) çatdırılmasında Mərkəzi Aran- Qarabağ zonasında 20 bələdiyyənin bilik və bacarıqlarının artırılması" layihəsinin başa çatması münasibəti ilə yekun konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən təşkilatın rəhbəri Şövkət Əlizadə bildirib ki, əsas məqsəd kənd yerlərində içməli su təminatının bələdiyyələr tərəfindən idarəetməsi zamanı əldə edilən biliklərinin geniş ictimaiyyətlə bölüşdürülməsi və Azərbaycanda içməli su idərolunması sahəsində islahatların aparılmasına töhfə verməkdir: "Kənd və şəhər yerlərində yaşamasından asılı olmayaraq, içməli suya çıxış insanların fundamental hüququdur. Bu layihə ilə kənd yerlərində içməli su təchizatının idarəolunması mexanizimini hazırlamaqla su mənbələrinin səmərəli istifadəsini təşviq edirik. Bu prosesdə kəndlərdə qurduğumuz su idarəetmə modelini nümunə göstərmək olar".

Məlumat üçün bildirək ki, layihə vasitəsi ilə kəndlərdə 500 ailənin (3000 nəfər) içməli suya çıxışı təmin olunub və içməli su infrastrukturu idarəetmə və istismar üçün bələdiyyələrə təhvil verilib.

Qeyd edək ki, layihə çərçivəsində 11 kənddə içməli su infrastrukturu qurulub və təmir edilib, bələdiyyələr üçün 20-dən çox təlim təşkil olunub, suyun qənaətli istifadəsi üçün sayğaclar quraşdırılıb. Kəndlərin içməli suya çıxışı, su mənbələrinin mənsubiyyəti və bələdiyyələrin su idarəetməsində rolu, dövlətin içməli su standartlarının yenilənməsi barədə siyasət sənədləri və tövsiyyələr Milli Məclisə və müvafiq nazirliklərə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə