İdeal Qadın - Zərifə xanım Əliyeva

İdeal Qadın - Zərifə xanım Əliyeva

Bu gün YAP Yevlax rayon təşkilatı Heydər Əliyev Mərkəzində görkəmli oftomoloq alim Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr onunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Mərkəzlə tanış oldulublar. Sonra mərkəzin foyesində Sevil Əliyevanın anası Zərifə Əliyevaya həsr etiyi ana mahnısı ifa edilib, şeirlər səsləndirilib. İştirakçılar Zərifə Əliyevaya həsr edilmiş guşə ilə tanış olublar. Tədbirə başlamazdan əvəl Akademik Zərifə xanımın həyat və fəaliyətini əks etirən qısa metrajlı film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova qeyd edib ki, Zərifə Əliyevanın müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin-ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğunu bilirsiniz. Sədrin sözlərinə görə, Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda layiqli, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənin qüruru sayılan iki övlad yetişdirib: "Qayğıkeş ana Zərifə Əliyevanın qazandığı fəxri adlar, elmi titullar, mükafatlar sırasında ən şərəflisinin Ana adının olduğunu düşünürəm".

Sonra Yevlax şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov geniş məruzə xarakterli nitklə çıxış edib. O, oftomoloq alimin elmi fəaliyyətindən əhatəli şəkildə danışaraq Zərifə xanımın Azərbaycan Oftomologiya eliminə verdiyi əvəzsiz töhfələri diqqət mərkəzinə gətirib. Həkim vurğulayıb ki, bu gün də Zərifə xanımın ixtiralarından tibb elmində geniş şəkildə isdifadə olunur.

Tədbirin sonuda yekun nitqi ilə YAP Yevlax Rayon Təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edib. Aparat rəhbəri qeyd edib ki, tarixdə iz qoymuş insanlar yalnız görkəmli şəxsiyyətlər olur: "Zərifə xanım isə ele bir şəxsiyyətdir ki, o özü ilə yanaşı bu xalqın keşiyində duran cənab Prezidentimiz kimi bir oğul yetişdirib. Mən deyərdim ki, Zərifə Əliyeva bütün türk dünyasına nümunə olacaq ziyalı bir qadın cəfakeş bir anadır".

Bütün xəbərlər Facebook səhifəmizdə