Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən mayın 25-də Göyçay rayonunda bölgə üzrə vətəndaşların qəbulu keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir və Ağdaş rayonlarından sakinləri qəbul edəcək.
Qeyd edək ki, vətəndaşların qəbulu saat 11:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB