IDEA-nın quş sığınacaqları Belarusiyada quraşdırılıb

IDEA-nın quş sığınacaqları Belarusiyada quraşdırılıb

IDEA kampaniyası hər il 11-12 may tarixlərində qeyd olunan Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə Belarusiyanın Berezinski Biosfer Qoruğunda quş sığınacaqları quraşdırılıb. Qurumdan SİA-ya verilən məlumata görə, adıçəkilən qoruqda ümumilikdə 30-a yaxın quş sığınacaqlarının quraşdırılması baş tutub.

Qeyd edək ki, "Berezinski Biosfer" Qoruğu Belarus və Avropa təbii irsinin ayrılmaz tərkib hissəsini təşkil edir. Qoruq 1925-ci ildə enliyarpaqlı və iynəyarpaqlı meşə ilə örtülü sahənin unikal landşaftının qorunması və bu sahədə baş verən təbii prosesləri öyrənmək üçün yaradılıb.

Qoruğun zəngin flora və faunası var. Beləliklə, qoruqda 52 növ məməli, 217 növ quş, 10 növ suda-quruda yaşayan heyvanlar var.

O, vurğulayıb ki, IDEA quş sığınacaqları daha öncə Bişkek və Moskva şəhərlərində quraşdırılıb.

Bildiyimiz kimi IDEA (Ətraf Mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə ilə "Quşlar üçün sığınacaq dizaynı" adı altında müsabiqə elan edib. Müsabiqəyə 100-dən çox eskiz təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə