Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə "Azərbaycan Türkiyə əlaqələrinin inkişafinda TRT-nin rolu" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən TRT Media Qurumunun rəhbəri İbrahim Şahin şirkət haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, TRT-nin tərkibində 15 kanal və 18 radio fəaliyyət göstərir və bununla da dünya media orqanları arasında ilk onluqda yer alıb.
İbrahim Şahin TRT kanalları arasında TRT Avazın qurum üçün daha çox önəm təşkil etdiyini deyib: "TRT Avaz bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, bu kanalın yaradılması fikri Azərbaycana aiddir və Türk dünyası ölkələrinin hər birinə gün ərzində 4 saat olmaqla yayım haqqı verilib. İstəyimiz isə TRT Avazda Azərbaycan üçün ayrılan vaxtda Azərbaycan media qurumlarının proqram yayımı aparmasıdır".
Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması haqda filmin çəkilməsi və TRT kanalında yayımlanması fikrinə aydınlıq gətirən İbrahim Şahin qeyd edib ki, reallığı əks etdirməsi üçün film ssenarisinə ehtiyac var: "Azərbaycanda bununla bağlı müsabiqə keçirilməlidir və həqiqətləri göstərən ssenari seçilməlidir. Daha sonra bu filmin çəkilərək TRT-də yayımlanması daha uyğundur"
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB