“Excelsior Hotel Baku” otelində toy artıq reallıqdır! FOTOLAR

“Excelsior Hotel Baku” otelində toy artıq reallıqdır! FOTOLAR

Bu gün "Excelsior Hotel Baku" otelinin "Əlincə" zalında kütləvi informasiya vasitələrinin nümayəndələri, toy agentlikləri və model salonlarının, şənlik təşkili üzrə şirkətlərin nümayəndələrinin iştirakı ilə brifinq keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "AtaHolding" ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova və otelin Əməliyyat şöbəsinin meneceri Kemal Diler iştirak ediblər. Tədbirin təşklində əsas məqsəd "Excelsior Hotel Baku" otelinin öz fəaliyyətində yeni istiqamətin başlanğıcını bəyan etməsidir. Belə ki, bu ilin may ayından "Afurca" zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi mümkün olacaq.

Mərasimdə çıxış edən "Excelsior Hotel Baku" otelinin Əməliyyat şöbəsinin meneceri Kemal Diler əvvəlcə qonaqlara yenilik haqqında məlumat verib. Bildirilib ki, bu yeniliyinin tətbiqi ilə otelin rəhbərliyi öz marketinq fəaliyyətində paytaxt sakinlərinin arzu və istəklərini nəzərə alıb: "İndi "Excelsior Hotel Baku" otelində toy arzusunda olanlar 200 nəfərə yaxın "Afurca" zalı və açıq havada hovuzun ətarafında 350 nəfərlik yerdə toy mərasimləri keçirə biləcəklər. "Afurca" zalı Avropa standartlarına uyğun avadanlıqlarla təchiz edilib və birinci dərəcəli aşbazlar xidmət göstərəcəklər. Toy mərasiminin iki hissədə: yerin dəyişməsi ilə-şənliyin açıq meydandakı hovuzun yanında davamı şübhəsiz, əsl rəqabətə imkan yaradacaq. Təkrarsız toy, gerçəkdə nağıl yalnız "Excelsior Hotel Baku"da mümkündür. Toy mərasimi böyük ekranda nümayiş etdiriləcək".

"AtaHolding" ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə deyib ki, bu yenilik özündə bir çox üstünlükləri ehtiva edəcək: "Əgər hər hansı bir şəxs öz toyunda arzuladığı müğənniləri, tamadaları görmək istəyirsə, onun reallaşdırılması da mümkündür. Açıq hovuzun ətrafı "Excelsior Hotel Baku" otelinin otaqlar olan yerindən çox uzaqda yerləşir. Burada dəfələrlə müxtəlif tədbirlər keçirilib. Məsələn, bunlara canlı müsiqiləri, diskotekları və s. göstərə bilərik. Eləcə də bura xarici şirkətlərin öz menecerlərini qarşılanması, yola salmasını da əlavə edə bilərik. Bu tədbirlər daim olub. Buarada səs heç bir maneə törədə bilməz".

Sonra tanıtım ekskursiyası zamanı qonaqlar "Afurca" zalı və açıq havada hovuzun ətrafındakı eyvanlarla tanış olublar. Bildirilib ki, "Excelsior Hotel Baku" otelində toy sadəcə yaxşı seçim deyil, həm də mərasimin fərdi keçirilməsidir. Bu ənənənin müasirliklə vəhdəti, gənc ailənin və şənlik təşkilatçılarının arzularının yerinə yetirilməsidir. Qonaqlara təklif edilən rəngarəng və nəfis menyudan, milli və Avropa mətbəxinin yeməklərindən məmnun qalacaqlar.

Qeyd edilib ki, bu, həyatda ən böyük bayramdır və daimi olaraq xatirələrdə qalacaq. Btünü bunlarla yanaşı, gecə səmasında olan atəşfəşanlıq bu təntənəli məqama eksklüzivlik əlavə edəcək. Diqqətə çatdırılıb ki, otel çox əlverişli yerdə yerləşir və avtomobillərinizi saxlamaq üçün geniş və rahat dayanacağa malikdir.

Qeyd edək ki, beşulduzlu "Ekcelsior Otel Baku" 2005-ci ildən fəaliyyət göstərir və "AtaHolding" ASC-nin tərkibinə daxildir. "Ekcelsior Otel Baku" otelində 1 "İmperial" nömrə-prezident lüksü, 2 "Royal" nömrə-lüks, 4 "Crown" nömrə-lüks, 45 standart "Heritage" nömrə, 9 kiçik "Duke" nömrə, həmçinin konfrans zalları biznes-mərkəz, restoran və barlar, "Aura" sağlamlıq mərkəzi xidmətinizdədir.

Tədbirə jurnalistləri maraqlandıran suallarla yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə