Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə "Azərbaycan Türkiyə əlaqələrinin inkişafinda TRT-nin rolu" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən AJQA-nın prezidenti Sevil Yusifova Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən etibarən Türkiyənin onu dəstəklədiyini və hər zaman yanında olduğunu deyib. O, bildirib ki, iki qardaş ölkənin birliyi eyni zamanda dünyaya bir örnəkdir: "Qardaş ölkə olaraq Xocalı faciəsinin 20 illiyi münasibətilə "Hər birimiz Xocalılıyıq" İstanbulda minlərlə türkün dilindən eşitdik. Ən önəmlisi isə odur ki, bu tədbirə məhz TRT ailəsi daha diqqətlə yanaşıb və bir çox aksiyalar birbaşa yayımlanaraq, dünya ictimaiyyətinə çatdırılıb. Dəyirmi masada TRTnin rəhbəri İbrahim Şahin və Azərbaycanın gündəlik qəzetlərinin baş redaktorları çıxış edib.
Sonda Xocalı faciəsi və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdılıması və bu sahədə gördüyü işlərə, Azərbaycan Türkiyə əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə TRT-nin rəhbəri İbrahim Şahin AJQA-nın xüsusi mükafatı olan "Mediya ulduzu" ilə təltif edilib.
Qeyd edək ki, dəyirmi masada TRT-nin rəhbəri İbrahim Şahin, müdir yardımcısı Zeynal Koç, TRT-nin xarici əlaqələr dairəsi başqanı Ayşən Dikər, Anadolu Universitetinin rektoru Davud Aydın, Azərbaycanın aparıcı qəzet və informasiya agentliklərinin baş redaktorları və redaktor müavinləri iştirak ediblər.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB