HİV-li xəstələrin Şəbəkəsi tərəfindən “Dəstəyə görə Təşəkkür” mükafatının təqdimat mərasimi keçirilib
Şərqi Avropa və Mərkəzi Asiyada yaşayan HİV-li xəstələrin Şəbəkəsi tərəfindən "Dəstəyə görə Təşəkkür" mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə tədbiri giriş sözü ilə açan AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şirinov bildirilib ki, Azərbaycanda HİV-ə yoluxanlar dövlətdən mütəmadi olaraq dərman və ləvazimatlarla təmin olunurlar: "HİV epidemiyasının qarşısının alınmasındakı xidmətlərinə görə" səhiyyə naziri Oqtay Şirəliyev mükafata layiq görülüb. O, bu mükafatın Azərbaycanda ilk dəfə təqdim olunduğunu da söyləyib.
AİDS-lə Mübarizə İctimai Birliyinin nümayəndəsi Ehtiram Paşayev "Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri HİV-lə yaşayan insanların şəbəkəsinin regional strategiya"nın təqdimatı zamanı bildirib ki, HİV-li xəstələrin icmasını yaratmaq, xəstəliklə mübarizəyə yeni təkan verə bilər: "HİV-li xəstələrin müalicəsi fasiləsiz etdirilsin və onların keyfiyyətli müalicəyə çıxışı genişləndirilsin. HİV-lə yaşayan insanlar üçün sosial və xidmət proqramlarının dövlət tərəfindən maliyyələşməsinin təmin olunmasına çalışırıq. İstəyirik ki, profilaktik proqramlar dövlət tərəfindən maliyyələşməyə başlanılsın. 2015-ci ildə bu proqramların maliyyələşməsini dövlət tam öz üzərinə götürsün".
"Regionda və Azərbaycanda HİV, AİDS-lə bağlı vəziyyət"ə dair məruzə ilə isə UNAİDS Azərbaycan ofisinin rəhbəri Cəmilə Cərrahova çıxış edib: "Respublika AİDS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınan xəstələrin 62,8 faizi inneksiya yolu ilə yoluxmuş narkotik istifadəçiləridir. 2013-cü il yanvarın 1-nə olan rəsmi məlumata görə, ölkədə HİV virusuna yoluxan 3784 nəfər rəsmi qeydiyyata alınıb. Azərbaycanda HİV-lə yoluxma halı ilk dəfə rəsmi olaraq, 1987-ci ildə qeydə alınmasına baxmayaraq, HİV-li xəstələrin 90 faizi dövlət tərəfindən son 10 ildə qeydiyyata götürülüb. HİV-ə yoluxan uşaqların sayı da proporsional olaraq artır və hazırda 55 nəfərdir.
Bundan başqa UNAİDS-in Azərbaycan ofisinin rəhbəri bildirib ki, Azərbaycanda kişilərin kişi ilə cinsi əlaqə vasitəsilə HİV-ə yoluxma halları ildən-ilə artır: "HİV-li xəstələrin sayında da artım hiss olunur. "Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri üzrə 2011-ci ilin sonuna olan məlumata görə, 928 101 nəfər HİV-ə yoluxan xəstə qeydə alınıb. 2011-ci ildə qeydə alınan 94930 nəfər yeni HİV-li xəstələrin 89,6%-i Rusiya Federasiyanın (63950 nəfər) və Ukraynanın (21177 nəfər) payına düşür. Regionda 34 milyondan çox HİV-in yoxlanmasına dair test keçirilib.Dünyanın 25 ölkəsində yeni yoluxma halları 50%-dən çox azalıb. Amma təəssüf ki, bu hal bizim ölkədə artır. Lakin uşaqlar arasında HİV-ə yoluxma və ölüm halları azalıb. Azərbaycanda HİV-ə yoluxma halı əsasən inyeksiya və cinsi əlaqə yolu ilə yayılır. Gürcüstanda isə əsasən heteroseksual (kişi kişi ilə) əlaqə vasitəsilə yayılır. Azərbaycanda QİÇS-dən ölüm, o cümlədən xəstəliyin anadan uşağa keçmə halları da ilbəil azalır. Qadınlar arasında HİV-ə yoluxma nisbətən artıb. HİV-li xəstələrin çoxu, xüsusən də kişi ilə cinsi əlaqədə olan kişilər müayinəyə cəhd etmirlər. Bu isə çox qorxulu haldır. Cənubi Qafqazda HİV-li xəstələrin sayında ən çox artım Azərbaycandadır, daha sonrakı yerləri isə Gürcüstan və Ermənistan tutur".
Sonda səhiyyə naziri Oqtay Şirəliyevin layiq görüldüyü "Dəstəyə görə Təşəkkür" mükafatı Səhiyyə Nazirliyinin nümayəndəsinə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB