Ziya Məmmədov: “Sərnişin avtobuslarında “MasterCard” ödəniş sistemi tətbiq olunacaq”
"Azərbaycanda şəhərdaxili sərnişin avtobuslarında kart ödəniş sisteminin tətbiqi ilə bağlı işlər uzun prosesdir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov deyib. Onun sözlərinə görə, bu prses 1-2 il davam edə bilər: Bu sahədə tətbiq ediləcək plastik kartlar "MasterCard" ödəniş sisteminə aid olacaq. Yeni ödəniş sistemi milli bank sisteminin işi ilə uzlaşmalı və bank əməliyyatları ilə təmin olunmalıdır. Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən hazırlıq işləri aparılır və artıq may ayından etibarən yeni ödəniş sisteminə keçid başlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB