Nazir: "Hər bir məsələ danışıqlar çərçivəsində həll olunmalıdır”

Nazir: "Hər bir məsələ danışıqlar çərçivəsində həll olunmalıdır”

"Yunanıstan regiondakı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Bu Yunanıstanın xarici siyasətində əsas prioritet məsələlərindən biridir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos deyib.

O, həmçinin bildirib ki, biz ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı göstərdiyi səyləri tam dəstəkləyirik: "Hər bir məsələ danışıq çərçivəsində həll olunmalıdır. Rəsmi Afina çalışır ki, bu problem qısa müddətdə həll olunsun. Təbii ki, biz gələcəyə nikbin baxırıq. Mən inanıram ki, regionda olan insanların istəkləri sabitliyin, sülhün bərqərar olunmasından asılı olacaq. Əlbəttə bu məsələdə çox iş görülməli, tədricən həllə yönəlik addımlar atılmalıdır. Məsələnin sülh yolu ilə həll olunması regiona böyük tövhə verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə