Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımalarına çəkilən məsrəflərin çoxluğu ilə əlaqədar olaraq tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə verdiyi açıqlamada deyib.
Nazirin sözlərinə görə, son vaxtlar sərnişin daşımada xərclərin artması barədə müraciətlər daxil olur: "Azərbaycanda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB