Bu gün ölkəmizdə mədəniyyət ocaqlarına - kino və teatrlara, muzeylərə insanların, xüsusən də gənclərin marağı olduqca aşağı səviyyədədir. Dəfələrlə mediada bununla bağlı teatr və kino xadimlərimiz öz fikrini ifadə ediblər. Gənclərimizi teatrlara və kino zallarına dəvət ediblər. Dövlətimizin mədəniyyət ocaqlarımızın ən müasir tələblərə uyğun səviyyədə qurulması üçün ayırdığı diqqət, mədəniyyətimizə göstərdiyi qayğı, bizlərin də bu sahəyə diqqətimizin artırılmasını vacib edir. SİA-nın məlumatına görə, bu səbəbdən gənclərimizin teatrlara, kino zallarına mütəmadi gəlişini təşkil etmək üçün, onların bu sahəyə diqqətinin atırılması üçün, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) yeni bir layihəyə start verib.
"Mədəniyyətə səyahət"adlı layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan aktiv gənclərin mütəmadi olaraq kino zallarına, teatrlara, muzeylərə səfərlərini təşkil edəcək. Layihənin əsas məqsədi, gənclərimizin mədəniyyət ocaqlarına diqqətini artırmaqla bərabər, həm də onları muzeylərimizlə bağlı geniş məlumatlandırmaqdan ibarətdir.
Layihə çərçivəsində artıq ilk addım atılıb. Belə ki, YAP Gənclər Birliyinin (GB) 50 nəfərdən artıq aktiv üzvü 28 aprel tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdirilib. Üzeyir Hacıbəyovun "Koroğlu" operasına tamaşa ediblər. Tamaşa gənclərin ürəyincə olub. YAP Gənclər Birliyinin həyata keçirdiyi bu layihə teatrın rəhbərliyi və əməkdaşları tərəfindən yüksək dəyərləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB