Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VKC karate növləri rayon birinciliyi keçirilib

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VKC karate növləri rayon birinciliyi keçirilib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VKC karate növləri üzrə açıq rayon birinciliyi keçirilib. SİA-nın məlumatına görə, Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 01 fevral 2013-cü il tarixli 06 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər planı"na uyğun olaraq 26-27 aprel 2013-cü il tarixdə Xocavənd qəsəbəsində Salakətin kənd tam orta məktəbin idman zalında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VKC karate növləri üzrə açıq rayon birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək, idmançılar arasında dostluq və idman əlaqələrini möhkəmləndirmək, perspektivli idmançıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 5 rayondan 8 klub, 73 idmançı iştirak edib. Birinciliyin qalibləri diplomla təltif olunub, hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə