“Gözəl danışmaq istəyirəm” deyənlər üçün “Natiqlik kursu”

“Gözəl danışmaq istəyirəm” deyənlər üçün “Natiqlik kursu”

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) mütəmadi olaraq gənclər üçün müxtəlif layihələr həyata keçirir. Hazırlanan bu layihələr gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. SİA-nın xəbərinə görə, belə layihələrdən növbəti olanı "Gözəl danışmaq istəyirəm" deyənlər üçün "Natiqlik kursu"dur. Seminar formasında hazırlanan bu kursda YAP Gənclər Birliyi üzvlərindən 20 nəfər iştirak edir. Təlimləri Peşəkar təlimçi Şəmsi Bayramzadə aparır.

Seminarın açılışında YAP GB Ofisinin rəhbəri Sərraf Balaxan çıxış edərək gəncləri bugünkü seminarla bağlı məlumatlandırıb. O, bu seminarın onların gələcək fəaliyyətində faydalı olacağını diqqətə çatdırdı. Daha sonra seminar öz işinə başladı.

Qeyd edək ki, seminar iki gün davam edəcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə