YAP Nizami rayon təşkilatında Heydər Əliyev Məktəbinin növbəti mühazirəsi olub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev irsini öyrənirik!" Heydər Əliyev Məktəbinin növbəti mühazirəsi olub.
Hər zaman Azərbaycanın ictimai-siyasi, eyni zamanda, mədəni və mətbuat sektorunun tanınmış simalarının çıxış etdiyi Məktəbin bu dəfəki qonağı "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində: qlobal çağırışlar və tədidlər" mövcusunda gəncləri maarifləndirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, dosent Hikmət Babaoğlu olub.
Hikmət Babaoğlu beynəlxalq münasibətlər sisteminin formalaşması tarixindən başlayaraq, bu günə qədər cərəyan etmiş ən mürəkkəb siyasi və iqtisadi prosesləri təhlil edib, dünyanı idarə edən güclərin geosiyasi və geoiqtisadi planlarını açıb və bütün bunların fonunda Cənubi Qafqazdakı hadisələri və prosesləri detallı şəkildə gənclərin diqqətinə çatdırıb.
Natiq müasir beynəlxalq münasibətlər sisteminin çox sürətlə inkişaf etdiyini və hər gün siyasi-iqtisadi proseslərin şərtlərinin dəyişməyə meyilli olduğunu bildirməklə, Azərbaycanı təhdid edən faktorlardan da söz açıb.
Mühazirədə hazırda milli dövlətləri təhdid edən və onların suverenliyini təhlükə altına alan imperializmin yeni formalarından da danışıb. O, vurğulayıb ki, imperializmin müxtəlif növləri olsa da, onun bu gün daha çox təsir rıçaqlarına malik olan növü informasiya imperializmidir: "Mən onu infoimperializm adlandırıram. Çünki, bu imperializm çərçivəsində dünyanı idarə edənlər maddi resurslardan daha çox informasiya seqmentindən istifadə edirlər. Bunu isə şəbəkə formasında, daha çox transmilli media orqanları, sosial şəbəkələr, bütövlükdə, sosial media vasitəsilə reallaşdırırlar. Məhz, bunun nəticəsidir ki, infoimperializmin siyasi idarəetmə forması kimi Netokratiya meydana gəlib".
Baş redaktor diqqətə çatdırıb ki, Azərbaycanın da milli maraqlarını və dəyərlərini təhdid altında saxlaya biləcək infoimperializmin təsirlərinin effektini azaltmaq üçün hər bir vətəndaşın, xüsusilə də, gənclərin üzərinə böyük məsuliyyət düşür: "Gənclər cəmiyyətimizin intellektual və kreativ kəsimi olduğundan onların üzərinə böyük vəzifə düşür. Ölkənin gələcəyinin sizin əllərinizdə olduğunu nəzərə alsaq, o zaman, qarşınızda duran əsas vəzifələri də müəyyənləşdirmiş olarıq".
Sonra alim gənclərin beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və roluna, ölkə diasporunun fəaliyyətinə, anti-Azərbaycançı mərkəzlərin və radikal müxalifətin oyunlarına, eyni zamanda, dövlətimizin perspektiv inkişafına dair suallarını cavablandırıb.
Sonra xatirə şəkli çəkdirilib
Daha sonra Hikmət Babaoğlu müəllifi olduğu kitabını imzalayaraq, YAP Nizami rayon təşkilatının "Heydər Əliyev adına Kitabxana"sına bağışlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB