YAP Nizami rayon təşkilatı intellektual yarış keçirib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş brey-rinq yarışı böyük marağa səbəb olub
YAP Nizami rayon təşkilatı intellektual yarış keçirib

Müasir Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında brey-rinq yarışı keçirilib.

Turnirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, bu gün YAP-ın Sədri, Prezident İlham Əliyevin əsas məqsədi ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır. Vurğulayıb ki, neft kapitalının insan kapitalı ilə əvəzlənməsi prosesində gənclərin sosial problemlərinin həlli, onların yüksək səviyyəli təhsil şəraitilə təmin edilməsi müşahidə olunmaqdadır. Aparat rəhbəri vurğulayıb ki, bu cür intellektual yarışların keçirilməsi də dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellekləri üzə çıxarmaqdır.

Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş 70 saylı məktəb-liseyin direktoru Nazim Qasımov deyib ki, Yeni Azərbaycan Partiyası tərəfindən belə turnirlərin təşkili artıq ənənə halını alıb.

Sonra məktəb-liseyin aşağı sinif şagirdlərinin Ulu öndərin 90 illik yubileyinə hazırladıqları ədəbi proqramı nümayiş etdiriblər.

Bundan sonra turnirə start verilib.

Qeyd edək ki, yarışda 24 komanda iştirak edib.

3 mərhələdən ibarət turnirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 30 sual səsləndirilib. Şagirdlərin yüksək aktivliyilə keçən turnirdə daha çox suala cavab verən komandalar müəyyənləşdirilib.

Lakin birinci yer uğrunda mübarizə aparan iki komanda eyni hesabda olduğundan əlavə suallar səsləndirilib.

Yalnız bundan sonra birinci, ikinci və üçüncü yerin qalibləri müəyyənləşdirilib.

Üçüncü və ikinci yerin qalibləri olan "Araz" (32 saylı məktəb) və "Sabah" (328 saylı məktəb) komandalarının üzvləri fəxri fərmanlarla, xatirə hədiyyələrilə təltif ediliblər.

Turnirin qalibi "Vətən" (129 saylı məktəb) komandasının üzvləri isə ümumrayon tədbirində fəxri fərman, xatirə hədiyyələri və kubokla təltif ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə