Yaxın günlərdə Bakının Nəsimi rayonunda şəhərin ikinci ən böyük parkı istifadəyə veriləcək. Ərazisinin böyüklüyünə görə, Milli Parkdan sonra ikinci olan "Qış bulvar"ında işlərin tamamlanması üçün 24 saatlıq iş rejiminə keçilib. Artıq işlərin 95 faizi tamamlanıb və mayın 10-a, ümummilli lider Heydər Əliyevin doğum gününə kimi istifadəyə tam hazır vəziyyətə gətiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, yeraltı parkinq tam hazırdır, baxmayaraq hələ park tam hazır deyil mayın 10-da istifadəyə veriləcək: "Bakının ən böyük parkıdır, 7 hektar ərazini əhatə edir. Əmin olun ki, Bakıda belə parklar çox olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB