Humanitar Kollecin tələbələri mükafatlandırılıb FOTOLAR

Humanitar Kollecin tələbələri mükafatlandırılıb FOTOLAR

Aprelin 29-da N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Lənkəran Humanitar Kollecin bir qrup tələbəsinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə,tədbiri giriş sözü ilə humanitar kollecin direktoru Şaban Şəfiyev açaraq son illər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bunun nəticəsində gənclərimizin dövrün tələblərinə uyğun səviyyədə yetişməsindən və dövlətimizi beynəlxalq və respublika səviyyəli müxtəlif müsabiqələrdə layiqincə təmsil etmələrindən danışıb.

Sonra Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli respublikamızı müsabiqələridə uğurla təmsil edən gənc tələbələri əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edib.

Daha sonra 4 nəfər tələbəyə Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Əlavə edək ki, mükafatlandırılanlar arasında Lənkəran Humanitar Kollecinin musiqi şöbəsinin xor dirijorluğu fakültəsinin 3-cü kurs tələbəsi Aysel Nərimanova Ukraynanın Kiyev şəhərində keçirilən "Böyük səhnə" musiqi musabiqəsində birinci yerə, Humanitar Kollecin musiqi şöbəsinin balaban ixtisası üzrə 3-cü kurs tələbəsi Əlisa Qafarlı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən Respublika Musiqi Müsabiqəsinin diplomantı adına, Rufanə Hacızadə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş inşa-yazı müsabiqəsində 1-ci yerə, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş karate üzrə respublika çempionatında uğurlu çıxışına görə Əli Əhmədov birinci yeri tutaraq ilin idmançısı adına layiq görülüblər.

Tədbir boyu Aysel Nərimanova, Əlisa Qafarlı və Humanitar Kollecin digər tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə