Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib FOTOLAR

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib FOTOLAR

Bu gün ADİU, Ekologiya Nazirliyi və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ekoloji problemlərə dair müsabiqə keçirilib. Müsabiqədə tələbələr tərəfindən 200-dən artıq referat və elmi-işlər təqdim olunub və münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. SİA-nın məlumatına görə, yekun iclasda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, universitetin Elm və İnnovasiya Texnologiyaları üzrə prorektor Əvəz Bayramov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov ekoloji problemlərin və onların həlli yollarının aktuallığından, flora və faunanın qorunması, ekoloji tarazlığının bərpa edilməsi, ekoloji mədəniyyət və maarifləndirmənin və bu sahədə gənclərin fəal iştirakının vacibliyini vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, bu sahədə Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə respublikamızda yaşıllaşdırma kompaniyası geniş vüsət alıb, 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, 2000-ci ildə isə "ətraf mühitin mühafizəsi" haqqında qanun qəbul edilib.

Çıxış edənlər xüsusi qeyd ediblər ki, bu gün Ulu öndərimizin siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmizin ekoloji problemləri həlli istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Son zamanlar çoxlu sayda yeni-yeni parkların, istirahət zonalarının yaradılması, abadlaşdırılması və əhalimizin ixtiyarına verilməsi buna əyani sübutdur.

Tədbirin sonunda qalib gələn tələbələrə müvafiq diplomlar və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə