Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Qazaxıstanda fəaliyyətini genişləndirmək məqsədilə bu ölkədə fəaliyyət göstərən "Hüquq Media Mərkəzi" İctimai Fondu ilə "Qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək yönündə işbirliyi haqqında" memorandum imzalayıb.
SİA-nın verdiyi məlumata görə, CASCFEN sədri Azər Həsrətin Qazaxıstanın paytaxtı Astanadan verdiyi xəbərə görə, memorandum aprelin 26-da Qazaxıstan Media Mərkəzində imzalanıb.
Memoranduma görə, onu imzalayan "tərəflər əmindir ki, qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək sahəsində hərtərəfli işbirliyi hər iki ölkədə həm ifadə azadlığı, həm də KİV-in hüquqlarının qorunması sahəsində durumun yaxşılaşmasına faydalı olacaq".
Memorandumun 1-ci maddəsinə görə tərəflər qarşılıqlı şəkildə söz azadlığı və KİV-in hüquqlarının qorunması ilə bağlı bir-birini informasiya ilə təmin edəcək, beynəlxalq təşkilatlarda və tədbirlərdə iştirak zamanı bir-birilərinin maraqlarını müdafiə edəcək.
Memorandumda o da vurğulanıb ki, tərəflər bir-birinə yalnız qanunla sirr hesab edilməyən və ümumaçıq informasiyaları göndərmək haqqında öhdəlik götürür.
İki səhifədən ibarət olan və "müddətsiz" qeydi ilə imzalanan sənədi Qazaxıstan tərəfdən "Hüquq Media Mərkəzi" İctimai Fondunun direktoru Diana Medvednikova və Azərbaycan tərəfdən CASCFEN sədri Azər Həsrət təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB