YAP Qaradağ rayon təşkilatının Neftçi Qurban adına 288 saylı orta məktəbi üzrə ilk partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları və məktəbin kollektivi ilk öncə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, abidələri önünə tər çiçəklər düzüblər.
Daha sonra Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbdə davam edən tədbirdə, Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının 288 saylı məktəb üzrə ilk təşkilat sədri, məktəbin direktoru Gülüstan Ağazadə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı məlumat verib.
Qeyd etdi ki, müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir və ölkəmiz bu gün onun müəyyənləşdirdiyi strategiya ilə inkişaf etməkdədir. G.Ağazadə Ümummilli Liderin zəngin irsinin bu gün gənc nəslin təlim-tərbiyəsində ön böyük örnək olduğunu tədbir iştitakçılarının diqqətinə çatdırıb. Bu gün Azərbaycanın Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə yüksək inkişafa nail olduğunu bildirən G.Ağazadə ölkəmizin bundan sonra da daha yüksək zirvələrdən səsinin eşidiləcəyinə əminliyini ifadə edib.
288 saylı məktəbin müəllimi Sabir Kazımov da çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərindən bəhs edib.
Daha sonra 288 saylı məktəbin müəllimi Fərqanə Bağırova çıxış edərək Ulu Öndərin ömür gün yoldaşı, görkəmli oftalmoloq, Akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, onun Azərbaycan oftalmologiya elmi qarşısındakı misilsiz xidmətlərindən, ictimai proseslərdəki aktiv fəaliyyətindən bəhs edib. Tədbir məktəblilərin hazırladıqları Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın zəngin ömür yolundan bəhs edən kompozisiyaların nümayişi ilə yekunlaşıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB