Misir Mərdanov direktor təyin edildi

Misir Mərdanov direktor təyin edildi

Aprelin 19-da təhsil naziri postundan azad edilən Misir Mərdanov yeni iş yerində fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Artıq Misir Mərdənovun adı AMEA-nın rəsmi saytında da Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi qeyd olunur.

Qeyd edək ki, Misir Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professordur.

Misir Mərdanov 1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru olub.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə