Müəllimlər İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə müşavirə keçirilib

Müəllimlər İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə müşavirə keçirilib

Azərbaycan Müəllimlər İnstitutunun Qazax Filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə müşavirə keçirilib. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə ali təhsil ocağının rektoru Afaq Qasımova, eləcə də şəhər İcra Hakimiyyətinin rəsmiləri, universitetin müəllim və professor kollektivi iştirak edib. Müşavirədə çıxış edən Afaq Qasımova bildirib ki, Ulu öndərin təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə geniş inkişaf əldə olunub. Bundan əlavə görkəmli siyasi xadimin uzaq görən daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sülh və əminamanlıq əldə olunub. 90-ci illərin əvvələrində qeydə alınan hərcmərcliklərə son qoyulub, suveren demokratik və hüquqi bir dövlət yaradılıb.

Qeyd edək ki, müşavirənin sonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı, hazırlanan tədbirlər planına uyğun olaraq, keçirilən müsabiqələrdə fərqlənən tələbələrə müxtəlif hədiyyələr və diplomlar verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə