"Bəzi banklar kredit əldə etmək üçün müraciət edən sahibkar qadınları aldadır". SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, belə bir açıqlama ilə Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva çıxış edib.
Onun sözlərinə görə, birinci problem, iş qurmaq istəyən gənc sahibkar qadınlara, kreditlərin olduqca yuxarı faizlə verilməsidir: "Digər vacib məsələlərdən biri isə odur ki, banklar kredit götürən müştərilərə sonradan müqavilədə nəzərdə tutulmayan şərtlər irəli sürür. Bu səbəbdən də sahibkar kimi çalışmaq istəyən qadınlar, ikinci dəfə banklara müraciət etmək istəmir. Bu baxımdan biz çalışırıq ki, kreditləri Sahibkarlığa Kömək Milli Fondundan götürək. Bu yol daha sərfəli və etibarlıdır".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB