Sahibkarlıqla məşğul olan qadınların sayı artıb

Sahibkarlıqla məşğul olan qadınların sayı artıb

Ötən illə müqayisədə ölkədə sahibkarlıqla məşğul olan qadınların sayında artım var. Cari ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıqla məşğul olan qadınların sayı təxminən 40% artıb. Başqa sözlə desək, ölkədə iş quran qadınlar 4-mindən 6-min nəfərə çatıb. Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayevanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sahibkar kimi çalışan zərif cinsin nümayəndələrinin fəaliyyətləri də genişlənib. Söhbət ondan gedir ki, ilk illərdə qadın sahibkarlar əsasən kənd təsərrüfatı və xidmət sahələrinə meyl göstərirdilərsə, bu gün istehsal sahələrinə də maraq artıb. Məlumat üçün bildirək ki, hazırda sahibkar kimi işə başlayan qadınların əksəriyyəti Gəncə şəhəri və ətraf bölgələri əhatə edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə