Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verən insidentlə bağlı DİN məlumat yayıb
Azərbaycan Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verən insidentlə bağlı məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, aprelin 28-də saat 22.35 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar üçün nəzərdə tutulmuş terminalının qarşısında Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emil Seyidovla Babək rayon sakini, 1985-ci il təvəllüdlü Yunis Ələkbərov arasında münaqişə baş verib, nəticədə Y. Ələkbərov xəstəxanaya yerləşdirilib.
Fakt üzrə cinayət işi başlanmış, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB