Sabah hava dəyişkən buludlu olacaq

Sabah hava dəyişkən buludlu olacaq

Sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Aprelin 30-dan mayın 03-dək Aberon yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə