KİV nümayəndələrinə seminar-treninq keçilib

KİV nümayəndələrinə seminar-treninq keçilib

Bu gün Azərbaycan Mətbuat Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə seminar-treninq təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyinin (İTAR-TASS) aparıcı jurnalisti Səadət Kadırova Azərbaycandakı həmkarlarına "Ölkənin imici və onun formalaşmasında diasporun rolu" mövzusunda treninq keçib. Treninq zamanı Səadət Kadırova jurnalistika sahəsində qazandığı təcrübəni Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bir qrup jurnalisti ilə bölüşüb.

Sonda seminar iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında baş verən hadisələri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan Səadət Kadırova eyni zamanda Moskva Dövlət Universitetinin müəllimi, RF Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. Moskvada yaşayan bir azərbaycanlı kimi Səadət Kadırovanın yazılarında diaspor məsələləri də hər zaman prioritet mövzulardan olub. O Rusiyadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, bu istiqamətdə uğurlu işin qurulması, qarşıya çıxan problemlər və onların həlli yolları, eləcə də xaricdə ölkənin imicinin formalaşması, bu işdə diasporun rolu kimi məsələlərə xüsusi diqqət ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə