"Son illərdə bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da heyvanlar arasında quduzluq xəstəliyinin artması müşahidə olunur". SİA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Sialə Rüstəmova quduzluq üzrə təlim seminarda çıxışı zamanı deyib. O, bildirib ki, 2012-ci ildə 2011-ci illə müqayisədə xəstəliyin sayı nisbətən azalıb. Onun sözlərinə görə, əgər 2011-ci ildə heyvanlar üzərindən götürülən 71 nümunədən 32-də quduzluq xəstəliyi aşkarlandığı halda, 2012-ci ildə 56 nümunədən 18-də quduzluq xəstəliyi aşkar edilib: "Lakin buna baxmayaraq cari il ərzində bunların sayında nisbətən artım var. Çünki bu ilin 3 ayı ərzində ölkədə DBX-nin laboratoriyası tərəfindən heyvanlar üzərindən götürülən 16 nümunədən 15-də quduzluq xəstəliyi aşkarlanıb. Quduzluq xəstəliyi daha çox vəhşi heyvanlar və sahibsiz itlərdə yaranır. Bunların qarşısını almaq üçün vəhşi heyvan və sahibsiz itlər üzərində peyvəndlənmə işləri görülməlidir. Lakin hələ də ölkədə vəhşi heyvanlar və sahibsiz itlər arasında peyvəndlənmə aparılmadığından görülən işlər öz müsbət nəticəsini vermir".
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB