Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunub
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik, Əməkdar Elm Xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən geniş söhbət açmışlar. Qeyd olunub ki, görkəmli alim Zərifə xanım Əliyeva ömrünün çox hissəsini ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürüb, göz həkimlərinin təkmilləşdirilməsi üçün səmərəli pedaqoji fəaliyyət göstərib.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi. O, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin həyat yoldaşı, bu gün ölkəmizi yeni qələbələrə aparan Azərbaycan Prezidenti İlham Əliyevin anası olub.
Səhiyyə işçiləri Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, onun nəsillərə nümunə olan ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildiriblər.
Tədbirdə gənc həkimlərə görkəmli alimin həyat yolundan nümunə götürmək, çalışdıqları peşəyə dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyeva kimi vurğun olmaq tövsiyə edilib.
Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, məktəblilər şeirlər söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB