Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfransı başa çatıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfransı başa çatıb

Qafqaz Universitetində gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş birinci Beynəlxalq elmi konfransı aprelin 27-də başa çatıb.

Konfransa 13 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Hindistan, Misir, Avstriya, İran, Qırğızıstan, Türkmənistan və Özbəkistandan gənc tədqiqatçıların və alimlərin ümumilikdə 900-dən çox tezisi daxil olub, onlardan 600-ə qədəri seçilib.

Təhsil Nazirliyi, Qafqaz Universiteti, Türkiyənin Atatürk Universiteti və digər universitetlərin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclərin elmə olan marağını daha da artırmaq, müvafiq sahədə mövcud problemləri müzakirə etməkdən ibarət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə