Əhalinin normal elektrik enerjisi ilə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir
Qazaxda əhalinin normal elektrik enerjisi ilə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin birinci rübündə Qazax Elektrik Şəbəkə Müəssisəsi tərəfindən 10 kv-lik hava xəttində 0,44 kilometr, 0,4 kv-lik hava xəttində 4,25 kilometr uzunluğunda cari təmir işləri aparılıb və 28 yararsız dayaq yenisi ilə əvəz edilib, 1 zədəli transformator əsaslı, 15 transformator isə cari təmir olunaraq sistemə qoşulub.
Bundan əlavə, yeni tikilmiş 66 evə xətt çəkilib, sayğac quraşdırılıb və enerji verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB